Sənəd müəlifləri qeyd edib ki, 200 ildən artıqdır erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı ardıcıl soyqırım və təcavüz siaysəti aparılır.
“Qarabağ və ətraf rayonların son işğalından sonra ərazilərimizin 20 faizi zəbt olunub. Azərbaycan torpaqları ikiyə bölünüb. 1905-1918-ci illərdə ermənilər tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib. Tarixi mədəniyyət abidələri və məscidlər dağıdılıb. Azərbaycanın Zəngəzur bölgəsi heç bir əsası olmadan Ermənistan kimi yaradılmış dövlətə verildi. Dağlıq Qarabağda muxtariyyət yaradıldı. 1948-53-cü illərdə Ermənistan kimi yaradılan dövlətin ərazisindəki azərbaycanlılar öz ata-baba yurdlarından zorla kütləvi halda qovuldular. Nəticədə indiki Ermənistan respublikası yaradıldı. 80-ci illərin sonunda isə Azərbaycan xalqının görgəmli dövlət xadimi SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra yenidən 250 mindən artıq azərbaycanlı Ermənistandakı doğma yurdlarından didərgin salındılar. Azərbaycanın yenidən 20 faiz ərazisi ermənilər tərəfindən işğal olundu. İşğal olunmuş ərazilərdə vandalizm həyata keçirildi. Azərbaycanın görkəmli xadimi Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bu faciələr barədə dünya ictimaiyyətinə çatdırıldı. 31 mart soyqırımı onun 1998-ci ildə imzaladığı fərmanla rəsmi soyqırım günü kimi qeyd olunmağa başladı. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 qətnamə qəbul etdi, hansı ki o qətnamələrə Ermənistan hələ də məhəl qoymur. Biz dini ictimaiyyət müraciət edərək sizierməni içğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi – hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza dorunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”, - müraciətdə bildirilib.