Papua-Yeni Qvineya sahillərində 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Taron şəhərindən 45 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. ABŞ-ın Geoloji Xidmət mərkəzinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.