Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları qadağan olunmuş əraziyə qanunsuz daxil olan şəxsləri yaxalayıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən  Şəmkir şəhəri, Şəmkir su anbarı ərazisində  3 nəfər motorlu qayıqla qadağan olunmuş əraziyə daxil olub.

 

FHN-nin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşları sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər.