[ 29 Mart 2015 22:31 ]


Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları qadağan olunmuş əraziyə qanunsuz daxil olan şəxsləri yaxalayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən  Şəmkir şəhəri, Şəmkir su anbarı ərazisində  3 nəfər motorlu qayıqla qadağan olunmuş əraziyə daxil olub.

 

FHN-nin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşları sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:30-da başa çatıb.