Azərbaycan şahmatçıları “Aeroflot Open 2015” beynəlxalq turnirində uğurla çıxış edirlər
Bakı, 29 mart, AZƏRTAC
Moskvada start götürən ənənəvi “Aeroflot Open 2015” beynəlxalq şahmat festivalında 2-ci turun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, festival 3 qrup (A-güclülər, B-əmsalı 2550-dən az olanlar və C-həvəskarlar) üzrə 9 turdan ibarət keçirilir. Yarışda 13 ölkədən, ümumilikdə 310 şahmatçı iştirak edir. Azərbaycanın idman şərəfini Şəhriyar Məmmədyarov, Rauf Məmmədov (A-turnir), Namiq Quliyev, Orxan Abdulov, Gülnar Məmmədova, Günay Məmmədzadə, Nərmin Kazımova, Abdulla Qədimbəyli (B-turniri), Qulam Məmmədov, Teymur Salayev, Cavidan Qurbanzadə və Fərid Mustafayev (C-turniri) təmsil edirlər.
A qrupunda 59-u beynəlxalq qrossmeyster olmaqla 72 zəka sahibi qüvvəsini sınayır. Turnirin favoriti sayılan Şəhriyar Məmmədyarov ilk tura qələbə ilə başlasa da, ikinci turda yerli şahmatçı İldar Xismatullinə məğlub olub. Bu qrupda mübarizə aparan digər təmsilçimiz Rauf Məmmədov isə birinci turda Mixail Mozarov ilə heç-heçə edib, ikinci turda almaniyalı Denis Vaqner üzərində qələbə qazanıb.
B turnirində mübarizədə təmsilçilərimizdən Orxan Abdulov ilk turda Aleksandr Qavrilov üzərində qələbə qazanıb. İkinci turda isə Mert Yılmazyerli ilə xalları yarı bölüb. Namiq Quliyev isə hər iki turda rəqibləri ilə sülh bağlayıb. İlk turda məğlubiyyətlə üzləşən Günay Məmmədzadə ikinci turda Qazaxıstan təmsilçisi Mamirbay Asadli üzərində qələbə qazanıb.
Beləliklə, 2 turdan sonra Rauf Məmmədov və Orxan Abdulov 1,5, Şəhriyar Məmmədyarov, Namiq Quliyev və Günay Məmmədzadə 1 xal toplayıblar. Gülnar Məmmədova, Nərmin Kazımova və Abdulla Qədimbəyli aktivlərinə xal yaza bilməyiblər.
C turnirində mübarizə aparan Qulam Məmmədov və Teymur Salayev 1, Fərid Mustafayev və Cavidan Qurbanzadə yarım xal toplayıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05