Bakı, 29 mart, AZƏRTAC
Ərəb ölkələri təhlükəsizlik sahəsində təhdidlərə qarşı birgə mübarizə aparmaq məqsədi ilə vahid regional silahlı qüvvələr yaratmaq barədə razılıq əldə ediblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ərəb Ölkələri Liqası sammitində hazırlanan layihədə deyilir. Layihə martın 29-da yüksək səviyyəli görüşün keçirildiyi Misirin Şarm-əş-Şeyx şəhərində qəbul edilməlidir.
Bundan başqa, birgə bəyanatın məzmununa əsasən ərəb ölkələri Yəmənin böyük hissəsini ələ keçirmiş şiə üsyançıları - “husi”lərdən paytaxt Sənanı tərk etməyi və silahlarını yerə qoymağı tələb edəcəklər. Ərəb Ölkələri Liqası, həmçinin Yəməndə “husi”lərə qarşı Səudiyyə Ərəbistanının rəhbərliyi ilə başlanan hərbi əməliyyatları dəstəkləyib.