[ 29 Mart 2015 16:17 ]



Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonunda sürücünün ürəyi sükan arxasında dayanıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağcabədi rayonunun Sarıcalı kəndində qeydə alınıb. Ağdam rayonunun Güllücə kəndindən olan məcburi köçkün, 1963-cü il təvəllüdlü Paşayev Gəray Hidi oğlu idarə etdiyi "NAZ Lifan" markalı minik maşınında ürək tutmasından dünyasını dəyişib. Bundan sonra nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılaraq dayanıb. Yaxınları mərhumun bu vaxtadək 3 dəfə infarkt keçirdiyini bildiriblər.

 

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.