Azərbaycan-Koreya Respublikası əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rolu var
Bakı, 29 mart, Aidə Quluzadə, AZƏRTAC
Martın 29-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının üzvü, Assambleyanın sabiq sədri Kanq Çanq Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ziyafət Əsgərov Azərbaycan-Koreya münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası əməkdaşlığın bu münasibətlərin daha da inkişafında oynadığı mühüm roldan söhbət açıb.
Milli Məclisin sədr müavini bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq intensiv şəkildə inkişaf edir. Hazırda Koreyanın bir çox tanınmış şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər ölkənin tikinti sahəsində öz fəallığı ilə seçilir. Təsadüfi deyil ki, iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar bir çox vacib idman arenalarının tikintisi məhz Koreya şirkətlərinə həvalə olunub. Eyni zamanda, Azərbaycan da Koreyaya yarım milyard dollara yaxın investisiya qoyub. Bu da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək olduğunun göstəricisidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Z.Əsgərov bildirib ki, artıq 20 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılır. Ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan erməni işğalçıları beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər edir. Z. Əsgərov dünya ictimaiyyəti tərəfindən bu münaqişənin ədalətli həlli üçün kifayət qədər səylər göstərilmədiyini təəssüf hissi ilə diqqətə çatdırıb.
Sədr müavini ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı haqqında da məlumat verib. O, Koreya hökumətinin də bu münaqişənin ədalətli şəkildə həlli üçün dəstək göstərəcəyinə inandığını deyib.
Kanq Çanq Hi Azərbaycanla Koreya arasındakı münasibətlərin tarixi köklərə söykəndiyini bildirib. Azərbaycanın sürətli inkişafından məmnunluğunu bildirən qonaq birinci Avropa Oyunlarının Bakıda keçirilməsi münasibətilə xalqımızı təbrik edib. O, Oyunların yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib.
Kanq Çanq Hi Koreya şirkətlərinin Azərbaycanda tikinti sahəsi ilə yanaşı, neft-qaz sahəsinə də maraq göstərdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində, ədalətli şəkildə həll olunacağına inandığını deyib. Qonaq Azərbaycanın bu məsələdə rəsmi Seuldan dəstək gözlədiyini Koreya hökumətinə çatdıracağını qeyd edib.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10