Bakı, 29 mart, AZƏRTAC
Martın 31-də Küveyt şəhərində Suriya üzrə Üçüncü Donor Konfransı keçiriləcək.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti konfransda iştirak etmək üçün martın 29-dan aprelin 1-dək Küveyt şəhərində rəsmi səfərdə olacaq.