Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 28-də Neftçala rayonunun Dördlər kəndində Xolqarabucaq kənd sakini Gülhəsən Muradov münaqişə zəminində kənd sakini Daşqın Rzayevə bıçaqla xəsarət yetirib.
 
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Muradov tutulub.

Milli.Az