Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını boğaraq qətlə yetirmiş kişi tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 27-də Sabunçu rayon Polis İdarəsi 13-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu hadisə ilə bağlı Nuridin Bayramov həbs olunub.

Məlumatda bildirilir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən ev alqı-satqı ofisində orada işləyən, əvvəllər məhkum olunmuş N.Bayramov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Zeynəb Alışovanı boğaraq qətlə yetirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az