[ 29 Mart 2015 12:15 ]



Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda keçiriləcək üçüncü sınaq imtahanına yazılış başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, komissiya tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur.


Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.