[ 29 Mart 2015 11:16 ]
Gəncə. Azər Məmmədli - APA. Gəncədə 11-ci sinif şagirdi özün hündürmərtəbəli binadan ataraq intihar edib.
APA-nınb qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin “Mahrasa bağı” adlanan ərazisində yerləşən hündürmərtəbəli binada baş verib.
Orada yaşayan 11-ci sinif şagirdi Fəridə Fuad qızı Məmmədova binanın 13-cü mərtəbəsinin eyvanından özünü ataraq intihar edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.