Bakıda mağaza yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Nərimanov rayonunda baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan mağazada yanğın olub. Nəticədə mağazanın içərisindəki mallar 30 kv.m sahədə yanmış və 15 kv. m sahədə isə qismən qarsalanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi isə Bakı şəhəri, Nizami rayonunda baş verib. Ümumi sahəsi 500 kv.m inzibati binanın 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları və əşyaları 15 kv.m sahədə yanıb.
Mənbə
ANS PRESS