[ 28 Mart 2015 20:32 ]


Bakı-APA. Almaniya XİN rəhbəri Frank Valter Ştanmayer İranın nevə proqramına dair danışıqların həlledici mərhələyə keçdiyni bildirib.  APA-nın  verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

“İranla 10-12 il davam etmiş danışıqlardan sonra, nəhayət, həlledici mərhələ başlayıb”, deyə Ştanmayer qeyd edib. 

 

Qeyd edək ki, bundan əvvəl  Fransa XİN rəhbəri Loran Fabius İranın sülh nüvə proqramına  hüququ olduğunu bildirib.