İtaliyada “Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: “ASAN” nümunəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakı, 28 mart AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 29-dan aprelin 3-dək İtaliyada səfərdə olacaq.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin əsas məqsədi ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın əldə etdiyi uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Səfər çərçivəsində İtaliyanın əmək və sosial siyasət naziri, parlament üzvləri, Neapol şəhərinin meri və tanınmış QHT rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
İtaliya senatında təşkil olunacaq konfransda hökumət nümayəndələrinə, parlamentin üzvlərinə, vətəndaş cəmiyyəti təmsilçilərinə və mətbuata “İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli” təqdim olunacaq. Bundan başqa, nümayəndə heyəti Şura və İtaliyanın “Vision” təşkilatının birgə təşkil etdiyi “Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: “ASAN” nümunəsi” mövzusunda keçirilən beynəlxalq konfransa qatılacaq. Hər iki tədbirdə Şuranın sədri Azay Quliyev məruzə ilə çıxış edəcək.
Səfər Azərbaycan Hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən və Şərq-Qərb İdarəetmə İnstitunun icra etdiyi “Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində həyata keçirilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10