“Airbus-320” təyyarəsini qəzaya uğradan pilot: “Elə bir şey edəcəm ki, addımı hər kəs eşidəcək”
Bakı, 28 mart, AZƏRTAC
Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus təyyarəni Fransada qəzaya uğradan və 150 nəfərin ölümünə səbəb olan ikinci pilot Andreas Lubitzin ayrıldığı sevgilisinə “elə bir şey edəcəm ki, addımı hər kəs eşidəcək” dediyi məlum olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aparılan araşdırmalara görə, Andreas Lubitz uçuşdan bir neçə gün əvvəl həddən artıq dərəcədə pul xərcləyib. Belə ki, ikinci pilotun bir neçə həftə əvvəl iki bahalı idman avtomobilini eyni anda satın aldığı aydınlaşıb. Alman mətbuatında yer alan xəbərlərə görə, lüks idman avtomobillərinin ikisi də “Audi” markalı olub. Almaniyanın Focus jurnalı isə avtomobillərin Düseldorf şəhərinin yaxınlığındakı avtosalondan satın alındığını bildirir. Avtosalondakı maşınların qiymətləri 50 min avrodan başlayır.
Digər tərəfdən A.Lubitzin sevgilisi olduğu bildirilən və Maria ləqəbi ilə qəzetlərə müsahibə verən qadın ikinci pilotun ona “bir gün elə bir şey edəcəm ki, bütün sistem dəyişəcək. O zaman hər kəs mənim adımı öyrənəcək və məni xatırlayacaq” dediyini açıqlayıb. A.Lubitzin sözlərinə o zaman bir məna verə bilmədiyini ifadə edən Maria “O, baş verənləri insanlardan saxlamağı çox yaxşı bilirdi. Nə demək istədiyini indi anladım”, - deyə vurğulayıb.
Həmçinin aparılan araşdırmalar nəticəsində A.Lubitzin martın 10-da Düsseldorf xəstəxanasında psixoloji müalicə gördüyü, ancaq bu barədə “Germanwings” aviaşirkətinə məlumat vermədiyi ortaya çıxıb.
Qeyd edək ki, “Lufthansa”nın törəmə şirkəti olan “Germanwings” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb və nəticədə 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10