Onun beli həddən artıq incədir, cəmi 51 santimetrdir. Anadangəlmə incə belə malik olmayan Aleyra Avendanyo istəyinə korset vasitəsilə çatıb.
Son 6 ildə hər gün 23 saat belini korsetlə sıxan Aleyra əziyyət çəksə də, əzab duysa da, korsetlə vidalaşmaq niyyətində deyil.
Halbuki, həkimlər belə "korset işgəncə"sinin təhlükəli olduğunu deyirlər.
Milli.Az TMZ-yə istinadən bildirir ki, professor Andres Ruisin sözlərinə görə, sutkanın 23 saatını korsetlə keçirmək 25 yaşlı Aleyra Avendanyonu şikəst edə bilər.
"Bu xanım korsetdən dərhal əl çəkməlidir, əks təqdirdə onun orqanizmində ciddi fəsadlar yarana bilər", - A.Ruis söyləyib.
Venesuelanın paytaxtı Karakasda yaşayan Aleyra isə korsetlə dolaşmaqdan vaz keçməyəcəyini söyləyib.
"Korset artıq həyatımın bir hissəsinə çevrilib. Sutkanın cəmi 1 saatını korsetsiz qalıram ki, bir qədər dincəlim və yuyunum. Yerdə qalan vaxtda daim korsetdəyəm. Mənə belə xoşdur. İnsanlar məni küçədə görəndə heyrətlənir, "Ola bilməz! deyirlər. Onlar fiqurumun real olduğuna inanmağa çətinlik çəkirlər. Sözün açığı, ilk əvvəl korsetdə yaşamaq çətindi. Sonradan öyrəşdim. İndi belimdə korset olmayanda özümü narahat hiss edirəm. Hətta qaşınıram", - Aleyra söyləyib.
Aleyranın dediyinə görə, gündə 6 dəfə, az-az yeyir. Rasionu, əsasən, yumurta ağı, ananas, meyvə-tərəvəz və bir qədər də ətdən ibarətdir.
Onun fikrincə, incə beli sayəsində məşhurlaşacaq.
Milli.Az







