Somalinin paytaxtı Moqadişodakı otelə "Əş Şəbab" terrorçularının hücumu nəticəsində 10 nəfər həlak olub. Həlak olanların arasında Somalinin İsveçrədəki səfiri də var.
Milli.Az ABC-yə istinadən bildirir ki, həlak olanların yerdə qalanları otelin təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.
Moqadişo polisindən verilən məlumata görə, otelə hücum etmiş 9 terrorçunun hamısı güllələnərək zərərsizləşdirilib.
Onların girov götürdükləri 7 nəfər də azad edilib.
Otelə hücum orada Somali hökumətinin nazirləri və parlamentin deputatları olarkən həyata keçirilmişdi.
"Əş Şəbab" ("Gənc mücahidlər") radikal islamçı qruplaşma beynəlxalq "Əl Qaida" terror təşkilatı ilə sıx əlaqələrdədir.
Milli.Az
















