Bakı, 28 mart, AZƏRTAC 
Bu ilin yanvar-fevral aylarında emal bölməsinin müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 1081,9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qida, içki və tütün məmulatlarının istehsalı sahələrində 428,4 milyard manat həcmində məhsul istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə qida məhsulları istehsalında 7,6 faiz azalma, içki istehsalında 1,5 faiz, tütün məmulatlarının istehsalında isə 10,9 faiz artım müşahidə olunub.