Bakı, 28 mart, AZƏRTAC
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adi, sənədsiz, adlı səhmlərinin “Bakı Fond Birjası” QSC-də (BFB) martın 29-dan etibarən əsas bazar seqmentində yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, emissiyanın məbləği 100 milyon 17 manat, qiymətli kağızın miqdarı 370 milyon 370 min 371 ədəd, nominal dəyəri 0,27 manatdır. Yerləşdirmə iyunun 11-də başa çatacaq. "İnterneyşnl Tranzakşn Sistem" MMC anderrayter vəzifəsində çıxış edir.