Milli.Az axar.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Avropa Komissiyasının xarici məsələlər üzrə ali komissarı Federika Moqerini Belqradda müzakirələrə başlayıb.
Moqerini AB-yə Serbiyanın üzvlüyü üçün ilk mərhələnin açılmasının vacibliyini bildirib və ilk addımların da bu ilin sonuna kimi atılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən il Serbiyanın Avropa Birliyinə üzvlüyü gündəmə gətirilsə də, Kosova məsələsinə görə məsələ təxirə salınmışdı.
Məlumata görə, AB-yə Serbiyanın birləşməsi 2022-ci ildən tez baş verməyəcək.
Milli.Az