İsveçrə radiosunda Azərbaycanda fransız dilinin tədrisindən bəhs edən veriliş yayımlanıb
Paris, 27 mart, AZƏRTAC
İsveçrənin Delemon şəhərində fəaliyyət göstərən regional radioda Azərbaycanda fransız dilinin tədrisindən bəhs edən “Yuralı gənc Azərbaycanda fransız dilini tədris etmək üçün” adlı veriliş yayımlanıb.
Azərbaycan məktəblərində Molyer dilinin tədris olunduğunun diqqətə çatdırıldığı verilişdə 25 yaşlı yuralı gənc Fransua Henemanın Bakıda fransız dilini tədris etdiyi bildirilir. İsveçrənin Boekur şəhərindən olan gəncin Fransanın Azərbaycanda reallaşdırdığı “Fransız dili xarici dil kimi” proqramı çərçivəsində on iki həftəlik təcrübə keçdiyi xüsusi vurğulanır.
Fransız dilində yayımlanan radiodakı verilişdə diqqətə çatdırılıb ki, İsveçrənin Lozanna Universitetinin ədəbiyyat fakültəsində təhsil alan F.Henemanın xaricdə fransız dilini tədris etməsi ilk dəfə deyil. Onun 2014-cü ildə iki ay müddətində Rusiyanın Rostov vilayətində çalışdığı, hazırda isə Bakı Slavyan Universitetinin və Azərbaycan Turizm İnstitutunun fransız dili kafedralarında staj keçdiyi, eyni zamanda, tələbələrə bu dilin incəliklərini öyrətdiyi bildirilir. Nə rus, nə də Azərbaycan dilində danışa bilməyən gəncin fransız dilinə xüsusi maraq göstərən tələbələrə bilikləri öz fantaziyası ilə çatdırmağa müvəffəq olduğu verilişdə xüsusi qeyd edilir.
Proqramda, həmçinin F.Henemanın təhsil sahəsində təcrübə qazanmaq məqsədilə xarici ölkələrdə fransız dilini tədris etməsinə baxmayaraq, gələcək peşəsini tam müəyyənləşdirmədiyi diqqətə çatdırılır. Bildirilir ki, gənc hələ ixtisas seçmədiyini, bu barədə bir qədər sonra fikirləşəcəyini bəyan etdiyi bildirilib. Eləcə də onun müəllim kimi fəaliyyət göstərərsə Frankofoniya məkanında deyil, dünyanın ən sivil və mədəni ölkələrində fransız dilini tədris etməyə üstünlük verəcəyini bildirdiyi diqqətə çatdırılıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10