Londondakı "Shard" göydələninin rekordunun təzələnməyinə az qalıb.
 
İsveçrədə, Alp dağlarının ətəyindəki kiçik kənddə Avropanın ən hündür binasının tikilməsi nəzərdə tutulub.
Milli.Az European-a istinadən bildirir ki, Vaş kəndində inşa ediləcək göydələn 80 mərtəbəli olacaq.
 
Layihənin müəllifi məşhur amerikalı memar Tom Meyndir.
 
Los-Anceles şəhərində yaşayan memarın dediyinə görə, hündürlüyü 381 metrə çatacaq göydələn Londondakı "Shar"dan 70 metr yüksək olacaq.
Göydələndə lüks otel yerləşəcək.
 
Milli.Az