Ötən gün axşam saatlarında Şamaxı şəhərində yanğın hadisəsi baş verib. Nəticədə bir nəfər dünyasını dəyişib. Məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb. Kanal S-in (Region TV) xəbərinə görə, yanğının kəşfiyyatı zamanı hadisə yerində ev sahibi, 1960-cı il təvəllüdlü Sultanlı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalar aparılır.
Milli.Az