ABŞ səfiri: “Cənubi Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Avropada enerji təhlükəsizliyini təmin edəcək”
Ticarət Palatasının həmsədri, Konqres üzvü Bill Delahant səfir Sekutanın iqtisadiyyat və ticarət sahəsində olan təcrübəsini və onun Dövlət Departamentində işlədiyi zaman göstərdiyi səyləri qeyd edib.
O, səfir Sekutanın ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əmin olduğunu söyləyib.
Azərbaycanın ABŞ-kı səfiri Elin Süleymanov təşkilatçılara və qonaqlara təşəkkür edərək səfir Sekutanın Azərbaycana təyin olunmasından məmnunluğunu bildirib. O, həmçinin iki dövlət arasında olan münasibətlərin mühüm dərəcədə vacib və strateji olmasını qeyd edib və daha çox insanların bu münasibətlərə nəzər yetirməsinin vacibliyini vurğulayıb.
Səfir Sekuta isə qeyd edib ki, onun əsas məqsədlərindən biri ABŞ-Azərbaycan münasibətlərinin güclü və müsbət məcrada inkişafını təmin etməkdir. O, Azərbaycan və ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensialın mövcud olduğunu deyib. Səfir qonaqlara 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən 1-ci dərəcənin verilməsini və nəticədə Nyu-York və Bakı arasında uçuşun təmin olunmasını xatırladıb. Səfir Sekuta həmçinin uğurun davamı üçün iki dövlət arasında Open Skies Agreement (Açıq Səma Sazişi) üzərində danışıqların getməsini söyləyib.
Səfir Sekuta Birləşmiş Ştatlarının Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olduğunu deyib: “Cənubi Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq və bu çox vacib olan vaxtda Xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropada enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə və regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə və həmçinin beynəlxalq turistləri cəld edən lider dövlət olmaqda yardım etməkdir”, - səfir bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10