[ 27 Mart 2015 12:39 ]


Ucar. Zahid Abışov - APA. Ucarda uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.

 

Nəzarətsiz qalan Qaradağlı kənd sakini, evin tək övladı olan 1,5 yaşlı Orucova Sevinc Elnur qızı  həyətlərindəki su hovuzuna düşüb. O, suda boğularaq ölüb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.