Ermənistanda rəsmi statistikaya görə bu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsində spirtli içkilərin həcmi 27,7 faiz azalıb. Bu kəskin azalma ölkənin Avrasiya İqtisadi İttifaqına (AAİ) üzv olduqdan sonra baş verib.

ANS PRESS-in məlumatına görə, spirtli içkilərin ixracı keçən il 23 milyon dollar azalıb. Əvvəllər Rusiya bazarında erməni konyakının satışı 80 faiz təşkil edirdi.

Erməni ekspertlər bunu faciəvi hədd adlandırıb və deyiblər ki, əvvəllər 165 milyon dollar həcmində ticarət olduğu halda, indi bu rəqəm tamamilə azalıb. Bu, azalma Rusiyadakı böhranlı vəziyyətlə bağlıdır. Rusiyada əhalinin alıcılıq qabiliyyəti tamamilə azalıb. Bizim şimal qonşumuzda vəziyyətin sonrakı pisləşməsi konyakın ixracında düşməsinə yenə təsir edəcək və bu, dərin böhran yaradacaq.

İqtisadçıların fikrincə, Avrasiya İqtisadi İttifaqına üzv olmaq Ermənistanın iqtisadiyyatı üçün böhran və dərin tənəzzül yaradıb. Ölkənin milli valyutası dəyərini itirir. Ermənistanda Rusiya rublu da il ərzində 1,6 dəfə zəifləyib.
Mənbə
ANS PRESS