Azərbaycanlılar nazirliyin işçilərini güllələdi
Hadisə şahidlərinin bildirdiyinə görə, silahlılar başqa avtomobildə həmin avtomobili təqib ediblər və ona atəş açıblar. Nəticədə təqib olunan avtomobilin sürücüsü yaralanıb.
Ukrayna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin insidentlə bağlı yaydığı açıqlamada isə deyilir: “Üç cinayətkar saxta nömrə nişanlı avtomobillə zərərçəkəni təqib ediblər. Paytaxtın mərkəzində şübhəlilərin yaxalanması zamanı cinayətkarlar atəş açıblar. Nəticədə təqib olunan maşının sürücüsü yaralanıb. Həmçinin şübhəlilərin yaxalanmasında iştirak edən milis əməkdaşlarından biri yaralanıb. Əməliyyat qrupu işi davam etdirir”.
Daha sonra açıqlanıb ki, şübhəlilərin hər üçü Azərbaycan vətəndaşıdır.
Məlum olub ki, həmin şəxslər Ukrayna Ədliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşına sui-qəsdə cəhd ediblər. Milis həmin məmurun adını açıqlamayıb. Yalnız o bildirilir ki, yaralı məmur xəstəxanadadır, həyatı üçün təhlükə yoxdur.
Üç Azərbaycan vətəndaşı həmin məmuru “Fellini” restoranından çıxarkən təqib ediblər və onun maşınını atəşə tutublar. Sui-qəsddən sonra cinayətkarlar hadisə yerindən qaçıb gizlənməyə çalışıblar, ancaq yaxalanıblar. Onların avtomobilinə baxış zamanı 4 tapança və avtomat tapılıb. Cinayətkarların nazirlik əməkdaşına avtomatdan atəş açdığı bildirilir. Onların yaxalanması əməliyyatında “Alfa” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri iştirak edib.
Kiyevin milis rəisi Aleksandr Tereşşukun açıqladığı son məlumatda isə deyilir ki, cinayətkarlar Ədliyyə Nazirliyinin əməkdaşına “Fellini” restoranının qarşısında atəş açıblar və hadisə yerindən iki maşınla qaçıblar. Onların yaxalanması üçün əməliyyat keçirilib, cinayətkarlar Bessarabsk bazarı qarşısında yaxalanıblar. Bu zaman atışma baş verib. Tereşşuk hər üç şəxsin Azərbaycan vətəndaşı olduqlarını təsdiq edib. Mənbə
Virtualaz.org
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04