Yəmənin şimalında şiə qiyamçıları (husilər) və hökumətyönümlü qüvvələr arasında toqquşmalar zamanı 18 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə “Frans Press” məlumat yayıb.
Məlumata görə, toqquşmalar Yəmənin Lahc bölgəsində baş verib.
Ölənlərdən 13-ü qiyamçı, beşi Yəmənin sabiq prezidenti Abd Rəbbo Mənsur Hadinin tərəfdarlarıdır.
Milli.Az