Bakı, 26 mart, AZƏRTAC
Şamaxı şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli, dördotaqlı evdə yanğın baş verib. Hadisə nəticəsində evin bir otağı yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb.