Sabah ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq
Bakı, 26 mart, AZƏRTAC
Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axsama doğru buludluğun artacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Temperatur gecə 5-7° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 4-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 15° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 4-7° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 15°-dək isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, dağlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 6-8° isti, gündüz 10-15°, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10