[ 26 Mart 2015 14:28 ]



Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda məhkum xəstəlikdən ölüb.

 

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.

 

Orada müalicə alan, məhkum, 1966-cı il təvəllüdlü Alik Bermetov xəstəlikdən dünyasını dəyişib.

 

Nizami rayon Prokurorluğundan APA-ya bildirilib ki, ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

 

Faktla bağlı araşdırma aparılır.