Obama Yəməni bombalayan Səudiyyə Ərəbistanına dəstək verdi

 

 

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının Yəmənə hücum etməsini dəstəklədiyini bəyan edib.

 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Obama ABŞ qüvvələrini Yəməndə Körfəz Dövlətləri Birliyinin təşkilatçılığı ilə həyata keçirilən əməliyyatlara kəşfiyyat dəstəyi verilməsi barədə təlimatlandırıb.