APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Fövqәladә Hallar Nazirliyinin Tatarıstan üzrә Baş İdarәsinin mәtbuat katibi Andrey Rodıgin bildirib ki, xilasedicilәr itkin düşmüş şәxslәr arasında adıçәkilәn 2 nәfәrin meyitini tapmayıblar.Kazanda yanmış "Admiral" Ticarәt Mәrkәzi әrazisindә 2 hәftәyә yaxın aparılan axtarış işlәri yekunlaşıb
Xatırladaq ki, dağıntılar altından 13 nәfәrin meyiti çıxarılıb. FHN regional xidmәtinin rәhbәri Rafi Habibullin meyitlәri tapılmayn şәxslәrin dә nәzәrdә tutulmuş kompensasiyanı ala bilәcәklәrini deyib. Tapılmayan meyitlərin әrazidә olan yüksәk istilik sәbәbindәn yandığı ehtimal edilir.
Eyni zamanda, istintaq orqanlarının ehtiyac olduğu halda yenidәn baxa bilmәsi üçün "Admiral" ticarәt mәrkәzinin dağılmış parçaları xüsusi poliqona aparılıb.
Ticarәt mәrkәzindә yanğın martın 11-dә baş verib. Nәticәdә 17 nәfәr hәyatını itirib. Onların arasında azәrbaycanlılar da olub.
60-a yaxın şәxs müxtәlif dәrәcәli bәdәn xәsarәtlәri alıb.
Milli.Az