Ölən və yaralananlar var
Ukraynada sərnişin avtobusu minaya düşüb.

Anspress-in məlumatına görə, sərnişinlərlə dolu avtobus martın 25-i axşam saatlarında Artyomovsk-Qorlovka yolunda Mayorsk postu yaxınlığında minaya düşüb.

İlkin məlumatlara görə, avtobusun salonunda 26 nəfər olub. Partlayış zamanı 4 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Bu barədə xəbəri Donetsk bölgə administrasiyasının mətbuat xidməti təsdiqləyib.

Hadisə şahidlərinin sözlərinə görə, faciə baş verən yerdə çoxlu yaralı var. Buna görə də ölənlərin sayının artacağı gözlənilir. Hazırda hadisə yerində təcili xidmət briqadaları işləyir.

Rusiyanın LifeNews portalı bildirir ki, bu ərazidə Debalsevodan mühasirədən çıxan Ukrayna silahlı qüvvələrinin əsgərləri hər axşam Artyomsk-Qorlovka yolunu kəsirlər. Güman edilir ki, avtobus hərbi postu kənardan keçmək istəyərkən minaya düşüb. Belə ki, əsgərlər kənar yolları minalayır.

Milli.Az





Videonu izləmək üçün şəkilə klikləyin.

фото