[ 26 Mart 2015 03:25 ]



Bakı-APA. “Schlumberger” neft şirkəti İran və Sudanla əməkdaşlıq etdiyinə görə 232,7  milyon dollar həcmində cərimə ödəyəcək.

 

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş  “Schlumberger” rəsmi olaraq adıçəkilən ölkələrdə fəaliyyət göstərə bilsə də, şirkətin Texas ştatındakı bölməsi bu hüquqa malik deyil.

 

Qeyd olunur ki, “Schlumberger”-in Texas bölməsi 2004-2010-cü illərdə İran və Sudanla əməkdaşlıq edib.