Rusiya müxalifətçisi Harri Kasparov Rusiya barəsində sanksiyaları amansızlaşdırmağa və Ukraynaya silahın çatdırılmalarına başlamağa çağırıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Avstriyanın “Die Presse” qəzeti xəbər yayıb.

"Əgər Putin Qərbin zəiflik göstərdiyini hiss etsə, o daha da uzağa gedəcək", - deyə Kasparov bildirib.

Onun sözlərinə görə, Putin "Avropa üçün təhlükə"dir: "İkinci dünya müharibəsinin sonundan sonra ilk dəfə Avropada sərhəd yenidən diktator tərəfindən dəyişdirilmişdi. Və əgər indi Qərb qəti surətdə Putinə qarşı çıxış etməyəcəksə, o təhlükədə bütün Ukraynada, həmçinin Baltikyanı ölkələrdə olacaq. Avropa təslim olmamalıdır", - o vurğulayıb.

Həmçinin Kasparov Putini İŞİD terror təşkilatıyla müqayisə edib: "Avropa öz-özlüyündə güzəştlər etməyə meyllidir. Bu həmişə yaxşıdır, ancaq İŞİD və Putinə bu qeyri-mümkündür".

"Onun tək hədəfi - öz hakimiyyətini saxlamaqdır və biz bu reallığı dərk etməliyik. O Kremldə öz həyatının qalığını keçirəcək və Kremldə öləcək. Yalnız necə və nə cür - bunu mən bilmirəm ", - deyə şahmat üzrə dünya çempionu vurğulayıb.
Mənbə
ANS PRESS