Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsində 1 otağın döşəməsi 7 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.