BBC telekanalına müsahibəsində cənab Kameron mayın 10-dan sonra onun partiyası hakimiyyətdə qalsa, təhsil və sosial təminat sahəsində islahatlar üzərində işləmək üçün tam beş il müddət vəzifəsinin icrasını yerinə yetirməyi vəd edib.
Lakin baş nazir müxbir Ceyms Landaliyə bunları deyib: “Baş nazir vəzifəsində xidmət müddəti üyüdülmüş buğda kimidir, iki dəfə əladır, üçüncü dəfə isə bir az artıq olur.”
“Elə bir zaman gəlir ki, yeni baxış və yeni liderlik daha məqsədəuyğundur və Mühafizəkarlar partiyasında yeni liderlər yetişib”– deyə baş nazir əlavə edib.
Cənab Kameron daxili işlər naziri Teresa Mey, kansler Corc Osborn və London meri Boris Consonu potensial varislər qismində sadalayıb.
Milli.Az