Gənc müğənni Ceyla Məmmədova yeni “Biləsən” adlı klipini təqdim edib. Lent.az-ın məlumatına görə, sözləri Leyli Erola, musiqisi Hakan Erola məxsus olan bəstəyə rejissor Anar Hüseynov ekran həyatı verib.
İfaçının sözlərinə görə, obrazı üzərində stilist Elnur Həsənov işləyib: "Həyatda necə varamsa, klipdə də elə bir obrazda çəkilmişəm. Klipin rejissoru Anar zövqümüz üst-üstə düşdüyünə görə çox gözəl iş ortaya çıxarmışıq. Yaradıcılıq işimdə əməyi keçən insanlara təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gördüyümüz iş dinləyicilərin zövqünü oxşayar".
Qeyd edək ki, ekran işinin süjet xəttinə uyğun olaraq ifaçı hamamda da görüntülənib.



