Ermənilər üçün növbəti dəfə bədbəxt hadisə baş verib. Canavar Dərələyəz (Dzorsk) bölgəsində yerləşən Çivə kəndində 5 sakinə hücum edib.

ANS PRESS-in məlumatına görə, kəndin rəhbəri Naira Sarkisyan bildirib ki, hadisə martın 24-də saat 14:15-də qeydə alınıb.

Sakinlər kənddən təqribən 500 metr aralıda ot yığırkən canavar onlara hücum edib və nəticədə 5 nəfər qadın ciddi xəsarət alıb. Canavar onların əllərini, ayaqlarını və üzlərini dişləyib. Zərər çəkənlər xəstəxanaya yerləşdiriliblər. Hazırda canavarın quduz olub-olmaması aydınlaşdırılır.

N.Sarkisyanın sözlərinə görə, bu, son günlər ərzində baş verən ilk canavar hücumu deyil. Bundan əvvəl də belə hadisələr olub.

Mənbə
ANS PRESS