Tovuz, 24 mart, AZƏRTAC
Tovuz rayonunda əhalinin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon məşğulluq mərkəzindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-fevral aylarında məşğulluq mərkəzinə müraciət edən 232 nəfərdən 52-si işlə təmin olunub. İşlə təmin olunanların 30 nəfəri qadınlardı.
Bundan əlavə, iki ayda 4 nəfərə işsizlik statusu verilib, 5 nəfərə isə müavinət ödənilib.