ABŞ Konqresinin Nümayəndələr Palatası yeni qətnamə qəbul edib. Sənəddə Prezident Barak Obamaya tövsiyə edilir ki, Ukraynaya silah göndərməyi tezləşdirsin.

ANS PRESS-in məlumatına görə, konqresmenlərdən 348-i sənədin lehinə, 48-i isə əleyhinə səs verib.

Qətnamədə deyilir: "ABŞ prezidentinə tövsiyə xarakterli çağırış olunur ki, Konqresin verdiyi səlahiyyətdən istifadə edib Ukraynanı müdafiə döyüş silahları ilə təmin etsin.”

Sənədin müəllifləri, respublikaçı David Coyce və demokrat Eliot Engel bildiriblər ki, silah Ukrayna xalqına müdafiə üçün lazımdır. Ukraynanın şərqindəki münaqişədə itkilər üçün bütün məsuliyyət Rusiyanın üzərinə düşür.
Mənbə
ANS PRESS