Praqada "Azərbaycan foto-kameranın gözü ilə" adlı sərgi açılıb
Praqa, 24 mart, AZƏRTAC
Martin 23-də Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin himayəsi və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqada "Azərbaycan foto-kameranın gözü ilə" adlı sərginin təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev, Çexiya Parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip, Avropa Parlamentinin Çexiyadan olan üzvü Yan Zahradil və Azərbaycan-Avropa Cəmiyyətinin direktoru Lionel Zetter çıxış ediblər. Çıxışlarda iki ölkə arasındakı mövcud münasibətlərin müxtəlif aspektləri, o cümlədən mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Tədbirdə Çexiya Respublikasının müxtəlif dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Rəsmi hissədən sonra Azərbaycan-Avropa Cəmiyyətinin Mədəniyyət Məsələləri Şurasının üzvü, tanınmış skripka ifaçısı Sabina Rakçeyevanın ifasında Azərbaycan və dünya klassik əsərlərindən ibarət musiqi parçaları səsləndirilib. Eyni zamanda, tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.
Sərginin keçirildiyi zallarda Azərbaycanın zəngin mədəniyyəti, insanların həyat tərzini nümayiş etdirən müxtəlif foto-şəkillər tədbirə gələn qonaqların böyük marağına səbəb olub.
İştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər, məlumat kitabçaları və broşürlər təqdim edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05