Rusiya Müdafiə Nazirliyinin artilleriya gəmiləri və katerləri Xəzər dənizində təlimlərə başlayıb. Onlar dənizdə döyüşün taktiki təlimlərini həyata keçirirlər.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Cənub hərbi dairəsindən məlumat veriblər.

Döyüş tapşırığının yerinə yetirilməsi üçün Xəzər flotiliyasının 10 gəmi və kateri çıxarılıb.

Milli.Az