Bakıdakı tikinti şirkətində güclü yanğın olub. Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın gecə saatlarında Nərimanov rayonunda, vətəndaşa məxsus tikinti şirkətinin ərazisində meydana gəlib. Tikinti şirkətinə məxsus 2 ədəd "Mercedes" markalı betonötürən yük avtomobilləri yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğının qarşısını yanğınsöndürənlər alıblar.

Milli.Az