Quba-Xinaliq yolunda qar uçqunu zamanı bağlanan yolda hərəkət qismən açılıb. Bu barədə Nəqliyyat Nazirliyi Quba rayon 6 saylı yol istismr idarəsinin sahə rəisi Bilal Sultanov ANS PRESS-in bölgə müxbirinə məlumat verib. Onun sözlərinə görə, ərazidə avtomobillərin hərəkəti üçün cığır açılıb.

Hazırda ərazidə təmizləmə işləri aparılır. Düzdür maşınların hərəkəti üçün yol açılıb. Lakin müəyyən ərazilərdə yola təkrar daş parçaları düşüb. Onları da təmizləyəcəyik”, - deyə Bilal Sultano bildirib.

Qurum rəsmisi deyir ki, ehtimal olunur ki, bundan sonra da yola qaya parçaları düşəcək. Hazırda düşməsi ehtimal olunan daş parçaları təmizlənəcək.

Qeyd edək ki, dünən Quba-Xinaliq yolunun 31-ci kilometrindən 50-ci kilometrinə qədər olan hissəsində qar uçqunu baş vermişdi. Bu səbəbdən gediş-gəliş qismən bağlanmışdı. Dünən Qubanin Xinaliq kəndinə düşən qarın qalınlığı 40 santimetrə qədər olub. Digər dağ kəndlərinə isə sulu qar yağib.









Mənbə
ANS PRESS: Aytəkin Alxaslı