Almaniyalı tarixçi-yazıçı İkinci dünya müharibəsi zamanı qeydə alınan bir sıra tarixi faktları üzə çıxarıb.“860 min qadına təcavüz edilib”
Anspress-in məlumatına görə, Almaniyanın Konstanz şəhərindən olan tarixçi Miriyam Qebart II Dünya Müharibəsi zamanı cinsi zorakılığa məruz qalan qadınlarla bağlı yeni tədqiqat məqaləsindən ibarət “Əsgərlər gələndə” adlı kitabını yayımlayıb.
Onun qənaətinə əsasən, alman qadınları sadəcə Qırmızı ordunun deyil, başqalarının da cinsi təcavüzünün qurbanı olublar. Bu barədə “Focus” jurnalı xəbər hazırlayıb.
Əsgərlərin qeydlərindən ibarət olan kitabda tarixçi-yazıçı kilsə rahiblərinin, həkimlərin və hərbi prokurorların hesabatlarından qaynaqlanıb.
Alman rejissor Helk Sanderin doxsanıncı illərdə iki milyon alman qadınının Sovet ordusu əsgərləri tərəfindən təcavüzə məruz qalması barədə iddiasını təkzib edən yazıçı bu rəqəmin, təxminən yarım milyon olduğunu bildirib.
O, kitabında 190 min alman qadının amerikalı əsgərlər tərəfindən, ümumilikdə isə müttəfiq qüvvələrin də hərbçiləri daxil olmaqla 860 min alman qadının cinsi təcavüzün qurbanı olduğunu yazıb.
Onun sözlərinə görə, amerikalı, ingilis və fransız əsgərlərin bu iyrənc hərəkəti heç də ruslarınkından fərqli olmayıb. Onlar da evləri nəzarətləri altına alır, sonra qrup şəklində daxil olaraq qadınları zorlayırdılar. Xüsusilə, bu hal ən çox Bavariyada baş verib.
Milli.Az