Əfqanıstanda sərnişin avtobusuna hücum olub.

ANS PRESS-in məlumatına görə, Əfqanıstanın şərq əyalətlərindən olan Vardakda naməlum silahlı qruplaşma üzvləri sərnişin avtobusuna hücum ediblər.

“Sinxua” agentliyinin yaydığı xəbərdə bildirilir ki, hücum nəticəsində 13 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hücum faktı ilə əlaqədar heç bir qruplaşma hələlik məsuliyyəti öz üzərinə götürməyib.

Yerli hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəbi və şəraitini araşdırır.
Mənbə
ANS PRESS